4 Dekabr 15:09
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gürcüstanın baş naziri İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə keçmiş xarici işlər naziri Mixeil Canelidze və sabiq müdafiə naziri Tinatin Xidaşeli arasında debat keçiriləcək.

Teleqraf.com xəbər verir ki, müzakirələr saat 22:00-da Gürcüstanın İctimai kanalında canlı efir formatında aparılacaq.

İ.Kobaxidze bildirib ki, debatların məqsədi ictimaiyyətə həqiqəti çatdırmaqdan ibarətdir.

“Görək nə deyəcəklər. Əgər bu insanlar bizi nəyəsə inandırsalar, mövqeyimizə yenidən baxmağa hazırıq”, - baş nazir deyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər