4 Dekabr 14:33
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə Real Partiyasının sədrliyindən istefa verən İlqar Məmmədovun nə işlə məşğul olduğu məlum olub.

Teleqraf.com-a bununla bağlı Real Partiyasının sədri Natiq Cəfərli məlumat verib.

“İlqar Məmmədov hazırda partiyada çalışır. O, hər gün partiyadadır, hər gün bizimlə birlikdədir. Siyasi komitənin üzvü kimi fəaliyyətini davam etdirir”, - deyə o əlavə edib.

Partiya sədri bildirib ki, İlqar bəy qarşıdan gələn bələdiyyə seçkilərində Real-ın hazırlıq işlərində birbaşa iştirakçı və bəzi məsələlərin həllində əsas fiqurdur.

Qeyd edək ki, İlqar Məmmədov bu ilin sentyabrın 1-dən keçirilmiş növbədənkənar parlament seçkilərindəki uğursuzluqdan sonra Real sədrliyindən istefa verdiyini açıqlamışdı.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər