4 Dekabr 13:54
5 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda dünyanın müxtəlif bölgələrində baş verən müharibələrdə Rusiyanın əli var.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri Devid Lemmi bildirib.

Krallığın baş diplomatı NATO ölkələrini bu kimi təhlükələrə qarşı müdafiə xərclərinə ciddi yanaşmağa çağırıb:

“Təhlükəli dövrdə yaşayırıq. Bütün dünyada gedən proseslərə - Avropa qitəsindəki müharibəyə, Yaxın Şərq və Sudanda baş verənlərə, indi də Suriyada genişlənən münaqişəyə baxdıqda, bu təcavüzlərdə əli olan bir ölkəni görürük – Rusiyanı”.

Lemmi Yaxın Şərqdə baş verən münaqişələrdən danışarkən, İranı da regionda aranı qatmaqda ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər