ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələrini tanıyıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, ATƏT/DTİHB seçkiləri qiymətləndirən əsas qurumdur.
“Gürcüstanın Konstitusiya Məhkəməsi də seçkilərin qanuniliyini tanıyıb. Seçkilərin qeyri-legitimliyinə dair heç bir sübut yoxdur”, - baş nazir söyləyib.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da baş tutub. Nəticələrə əsasən, hakim “Gürcü Arzusu” partiyası səs çoxluğu ilə qələbə qazanıb.