4 Dekabr 15:05
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq müdafiəçisi Rüfət Səfərova qarşı irəli sürülən ittiham üzrə məbləğ müəyyən edilib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib.

Rüfət Səfərov isə onu tanımadığını deyib.

Məlumata görə, Natiq İmamquliyevlə Rüfət Səfərovun atası Eldar Sabir oğlu Səfərovun (Eldar Sabiroğlu) arasında torpaq alqı-satqısı olub. İddia edilir ki, Eldar Sabiroğlu Natiq İmamquliyevə torpaq satıb. Onların arasında münasibət də bundan sonra yaranıb.

Qeyd edək ki, fevralın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Rüfət Səfərov ittiham üzrə özünü təqsirli bilmir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər