4 Dekabr 14:41
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Milli Assambleyası Baş nazir Mişel Barnyenin hökumətini devirmək üçün etimadsızlıq səsverməsi keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "CNA" saytı məlumat yayıb.

Lazımi səs çoxluğu təmin olunarsa, Barnyenin koalisiyası Fransada 1962-ci ildən sonra etimadsızlıq səsverməsi ilə istefaya məcbur edilən ilk hökumət olacaq.

Baş nazir parlamentə müraciətində bildirib ki, onun istefası ölkədəki siyasi vəziyyəti daha da gərginləşdirəcək.

Xatırladaq ki, Mişel Barnye bu ilin sentyabr ayında Fransanın baş naziri təyin olunub.

Vəzifəyə gəldikdən sonra növbəti il üçün vergi artımı və dövlət xərclərinin 60 milyard avroyadək azaldılmasına dair təklif etdiyi büdcə layihəsi birmənalı qarşılanmayıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər