9 Noyabr 16:03
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla normal qonşuluq münasibətlərinin qorunması bu gün xarici siyasətimizin əsas istiqamətlərindən biridir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, imkan verə bilmərik ki, nə vaxtsa Ermənistan daxilində revanşist qüvvələrin xaricdən dəstəyi ilə Azərbaycanın dövlətçiliyinə, müstəqilliyimizə ərazi bütövlüyümüzə, yenidən ciddi təhlükələr yaransın:

"Bu qələbənin qazanılmasında cənab Prezidentin müstəsna rolu var. Onun Azərbaycan dövlətçiliyini inkişaf etdirməsi, iqtisadiyyatımızı, xarici siyasəti gücləndirməsi, müasir dövlətin keşiyində duran ordu yaratması və çox uğurlu sərkərdəliyi zəfərə gətirib çıxartdı. Dünən cənab Prezident Azərbaycanın bu gün və sabah qarşısında duran məsələlərə çox ciddi şəkildə toxundu. Cənab Prezident Ermənistanı manipulyasiyalardan əl çəkməyə, Azərbaycanla beynəlxalq hüquq normaları əsasında münasibətlər qurmağa bir daha tövsiyə etdi. Sülh müqaviləsi, iki dövlət arasındakı münasibətlərlə bağlı söylədiyi fikirlər həm Azərbaycan, eyni zamanda, Ermənistanın da maraqlarına toxunur. Ona görə vaxtı uzatmaqla, eyni zamanda xaricdən bir sehrli çubuq möcüzəsi gözləməklə heç də münasibətləri düzəltmək olmaz".

Onun sözlərinə görə, Ermənistanın vaxtaşırı irəli sürdüyü və ölkəmizin suverenliyinə zidd olan təklif təşəbbüsləri isə Azərbaycan tərəfindən qəbul edilə bilməz:

"Məsələnin Azərbaycan və Ermənistan arasında qalması çoxdan həll olunub. Xaricdən Ermənistanı qızışdıran, Azərbaycanı yenidən problem kimi görmək istəyən müəyyən dairələr var. Onları heç də Ermənistanın uğuru maraqlandırmır. Onları Azərbaycanın problem içində olması, regionun və dünyanın nüfuzlu dövlətlərindən biri olması perspektivi narahat edir. Azərbaycan Prezidenti xalqın lideri kimi Azərbaycanın qəti mövqeyini ortaya qoydu. Heç bir zaman Azərbaycan kimlərinsə çirkin siyasətinə baş əyməyəcək".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər