4 Dekabr 19:29
278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində həbs qətimkan tədbirin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Aytəkin İbrahimovanın qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rüfət Səfərovun vəkili Elçin Sadıqov bildirib ki, onlar bu qərarla razı deyillər və qərardan şikayət verəcəklər.

"Biz Rüfət Səfərovun barəsində ev dustaqlığı qətimkan tədbirin seçilməsini istədik. Amma məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçdi".

***

Hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində daha bir maddə ilə ittiham irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və yaxud xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə əlavə ittiham elan edilib.

***

Hüquq müdafiəçisi Rüfət Səfərovun barəsində həbs qətimkan tədbirin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatı üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, təqdimata Binəqədi Rayon Məhkəməsində baxılır.

Natiq İmamquliyevlə Rüfət Səfərovun atası Eldar Sabir oğlu Səfərovun (Eldar Sabiroğlu) arasında torpaq alqı-satqısı olub. İddia edilir ki, Eldar Sabiroğlu Natiq İmamquliyevə torpaq satıb. Onların arasında münasibət də bundan sonra yaranıb.

Qeyd edək ki, fevralın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib.

Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib.

Rüfət Səfərov isə onu tanımadığını deyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Rüfət Səfərov ittiham üzrə özünü təqsirli bilmir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər