“Salome Zurabişvilinin prezidentlik müddəti dekabrın 29-da başa çatır və onu radikal müxalifətin lideri etmək cəhdi tamamilə iflasa uğrayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, S.Zurabişvilinin dövlət maraqlarına zidd hərəkət etmək imkanı yoxdur.
“Bəziləri onu radikal müxalifətin lideri kimi təqdim etmək istəyir. Amma hamıya xatırlatmaq istəyirəm ki, onun prezidentlik müddəti dekabrın 29-da başa çatır. Onu radikal müxalifətin lideri etmək cəhdi uğursuzluqla nəticələnəcək”, - İ.Kobaxidze söyləyib.