Taylandda monastırda Buddanın 12 metrlik heykəli insanların üzərinə aşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli “The Thaiger” məlumat yayıb.
Məlumata görə, rahiblər monastırda 12 metrlik heykəli noyabrın 29-da quraşdırıb. Rahiblər heykəlin beton qəliblərini çıxararkən Budda qəfil aşıb. Altı rahib dağıntılar altında qalıb. Bir nəfəri ölüb, 5 nəfər yaralanıb.