4 Dekabr 16:27
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada baş verənlərin kök səbəbləri xalqının qanuni, amma yerinə yetirilməmiş tələblərindən qaynaqlanır. Əsl milli barışıq prosesi olmasa, Suriya qeyri-sabitlik və iztirablar dövründə ilişib qalacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəsinin müavini Aslı Güvən bu qurumun Təhlükəsizlik Şurasının təcili toplantısındakı çıxışında bildirib.

Diplomat Ankaranın gərginliyi azaltmaq üçün Astana prosesini başlatdığını xatırladaraq, bu dönəmdə bölgəni qeyri-sabitliyə sürükləyən terror təşkilatlarının dayandırıldığını və atəşkəs əldə edildiyini vurğulayıb:

“Bu proses həm də Dəməşqlə müxalifət arasında etimad yaratmışdı.Təəssüf ki, bu fürsətdən istifadə etmək mümkün olmadı”.

Ankaranın son prosesdəki mövqeyi ilə bağlı iddialara cavab verən Güvən Türkiyənin davam edən əməliyyatın başlamasına nə dəstək, nə də razılıq verdiyini söyləyib.

Türkiyə rəsmisi önümüzdəki dövrdə Suriyanın daha da parçalanması təhlükəsinin olduğunu bildirib:

“Türkiyə torpaqları, xalqı və maraqlarını qorumaq üçün bütün tədbirləri görməyə davam edəcək”.

Aslı Güvən bu prosesdə PKK/YPG terror təşkilatının Suriyanın şimal-şərqində SDQ adı altında mövqelərini gücləndirməyə cəhd edə biləcəyi ehtimalını da önə çəkib.

“İŞİD-in yenidən dirçəlməsi ciddi bir ehtimal olaraq qalır. Amma sözügedən terror təşkilatına qarşı mübarizəni başqa bir terror təşkilatı (PKK/YPG) ilə aparmaq səhvinə son qoyulmalıdır.

Bu separatçı struktur nə suriyalıdır, nə də demokratiyanın təzahürüdür, PKK/YPG-nin özüdür”, - deyə diplomat əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər