4 Dekabr 18:25
283
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Abxaziyada elektirik enerjisi məsələsi kritik vəziyyətdədir".

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu tanınmamış respublikanın baş naziri vəzifəsini icra edən Valeri Bqanba deyib.

Bqanba Abxaziyanın enerji sektorunda fövqəladə vəziyyətin tətbiq olunacağını bildirib.

“İnqur SES-in bəndində suyun səviyyəsi fövqəladə vəziyyətə çatıb, suyun axını azdır. Enerji sektorunda isə vəziyyət həddindən artıqdır”, - Abxaziyanın baş naziri deyib.

O qeyd edib ki, İnqur SES-in işinin dayandırılması riski var. Bu halda hakimiyyət elektrik enerjisinin fasiləsiz kəsilməsini və onun alışını artırmağa məcbur olacaq.

Noyabrın 1-dən etibarən enerji çatışmazlığı səbəbindən Abxaziya elektrik enerjisinin bir hissəsini Rusiyadan alır. Ölkədə hər gün dörd saatdan artıq işıqlar söndürülür.


Müəllif: Arzu

Oxşar xəbərlər