"Antoni Blinkendən Avropanı qazla təmin edən Qazprombank-a tətbiq edilən sanksiyalara yenidən baxılmasını xahiş etmişəm".
Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto bildirib.
Siyartonun sözlərinə görə, o , Blinkenlə NATO ölkələrinin diplomatik departament rəhbərlərinin Brüsseldə keçirilən görüşü çərçivəsində bu mövzuda söhbət edib .
“Dövlət katibinə dedim ki, biz Amerikanın müvafiq orqanlarına sorğu göndərmişik ki, sanksiyalar “Qazprombank” üçün istisna olunsun”, - o bildirib.