4 Dekabr 19:39
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Alman qoşunlarının Ukraynaya göndərilməsindən söhbət gedə bilməz".

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Bundestaqda çıxışı zamanı deyib.

O, həmçinin qeyd edib ki, Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı söhbət etmək hələ tezdir.

Bundan əlavə, Şolz bu həftə Kiyevə səfərindən sonra bir daha vurğulayıb ki, Almaniyanın Ukraynaya “Taurus” uzaqmənzilli qanadlı raketlər vermək fikri yoxdur.


Müəllif: Arzu

Oxşar xəbərlər