4 Dekabr 17:40
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş müdafiə naziri Tinatin Xidaşeli də baş nazir İrakli Kobaxidze və spiker Şalva Papuaşvili ilə bu günə təyin olunan debatdan imtina edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, sabiq xarici işlər nazirinin imtina qərarından sonra debatlar olmayacaq.

***

17:16

Gürcüstanın keçmiş xarici işlər naziri Mixeil Canelidze baş nazir İrakli Kobaxidze ilə bu günə təyin olunan debatdan imtina edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, imtinaya səbəb debatda iştirakı barədə qərarının cəmiyyətdə mənfi reaksiya ilə qarşılanmasıdır.

“İctimaiyyətin daha da qıcıqlanmasına səbəb olmamaq və onların emosiyalarına hörmət etmək üçün bugünkü debata getməmək qərarı verdim”, - M.Canelidze yazıb.

Qeyd edək ki, bu gün saat 22:00-da Gürcüstanın İctimai kanalında canlı efir formatında Gürcüstanın baş naziri İrakli Kobaxidze və spikeri Şalva Papuaşvilinin iştirakı ilə ictimai müzakirə keçiriləcək. Keçmiş XİN başçısı Mixeil Canelidze və sabiq müdafiə naziri Tinatin Xidaşeli iştiraklarını təsdiqləmişdilər.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər