4 Dekabr 19:19
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Tbilisidə keçirilmiş etiraz aksiyasında saxlanılan Elvin Kərimov etnik zəmində fiziki zorakılıq və təhqirlərə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Çoxmillətli Gürcüstan” təşkilatının bəyanatında bildirilib.

Təşkilat bununla bağlı dərin narahatlığını ifadə edib.

Qeyd olunub ki, E.Kərimov təşkilatın keçirdiyi və gənclərin inkişafına həsr olunan proqramlarda, Gürcüstanın ictimai və siyasi həyatında fəal iştirak edir.

Təşkilat Gürcüstanın Daxili İşlər Nazirliyini soydaşımızı və qanunsuz saxlanılan digər şəxsləri dərhal azad etməyə, Xüsusi İstintaq Xidmətini isə qeyd olunan faktı araşdırmağa çağırıb. Gürcüstan ombudsmanından məsələ ilə bağlı ətraflı monitorinqin həyata keçirilməsi xahiş olunub.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər