Almaniya xarici işlər naziri Annalena Berbok Brüsseldə NATO Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində türk həmkarı Hakan Fidanla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdən sonra açıqlama verən almaniyalı nazir Suriya böhranını müzakirə etdiklərini açıqlayıb.
“Bölgədə əsas oyunçu kimi Türkiyə mövcud böhranla mübarizədə mərkəzi rola malikdir”, - Berbok belə deyib.
Almaniya xarici işlər naziri Suriyada mülki əhali və azlıqların müdafiəsinin əsas prioritet olmasının vacibliyini vurğulayıb.
Berbok Rusiya-Ukrayna müharibəsinə də toxunub və belə bir təlatümlü vaxtda NATO-nun təhlükəsizlik lövbəri olduğunu qeyd edib.
“Avropanın təhlükəsizliyi, NATO-nun şərq cinahının qorunması və Ukraynaya siyasi, iqtisadi və hərbi dəstək vacibdir. Litvadakı briqadamızla, havada “Eurofighters” və Baltik dənizində əlavə gəmilərlə NATO-nun şərq cinahını gücləndiririk”.