Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa, Gürcüstan, Cənubi Koreya və Ukrayna liderlərinin gələcək taleyindən danışıb.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi hökumət böhranından çıxa bilməyən və prezident postundan getməli olan Fransa lideri Emmanuel Makronu zəif adlandırıb.
Medvedev Cənubi Koreya başçısını da tənqid edib:
“Cənubi Koreya Prezidenti Yun Sok-yol getməlidir. Onun tətbiq etdiyi hərbi vəziyyəti parlament ləğv elədi, ardınca istefası tələb olundu. Bu xain ABŞ-ın dəstəyinə arxalanır, gələcək taleyi bilinmir”.
Medvedev Ukrayna Prezidenti Vladimir Zelenskinin də gələcək taleyi ilə bağlı proqnozunu açıqlayıb.
Onun iddiasına görə, Zelenski ya ölkədən qaçacaq, ya da ictimai şəkildə edam ediləcək:
“Ukraynanın qeyri-legitim prezidenti getməlidir. Bu cinayətkar və narkoman da ABŞ-ın dəstəyinə arxalanır, gələcək taleyi aydındır: biabırçı siyasi sürgün və ya ictimai edam”.
Medvedev hesab edir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili mandatı başa çatdıqdan sonra getməlidir: “Amma o, bunu etmək istəməyən axmaqdır”.