10:32
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Gələcək, Səadət və Deva partiyalarından ibarət komissiya “çətir partiya” yaratmaq işində son mərhələyə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yeni partiyanın adının “Yeni Yol” olacağı bildirilir. Qurulan “çətir partiya”nın lideri deputat olmayan şəxs olacaq.

Yeni partiya qurulduqda Səadət, Gələcək və Deva partiyalarından olan millət vəkilləri Türkiyə parlamentinin rəhbərliyinə fəaliyyətlərini yeni partiyada davam etdirmək istədiklərini bildirən ərizə təqdim edəcəklər və bu çərçivədə fraksiya yaradılacaq.

Yeni partiyanın yaradılması ilə bağlı müraciətin yanvarın 10-13-də Daxili İşlər Nazirliyinə təqdim edilməsi planlaşdırılır, bundan sonra Gələcək Partiyasının sədri Əhməd Davudoğlu, Səadət Partiyasının sədri Mahmud Arıkan və Deva Partiyasının sədri Əli Babacanın ortaq bəyanat verməsi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər