Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili siyasi partiya yaradacağını istisna etmir.
Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə ABŞ-də “Atlantik Şura”nın toplantısında bildirib.
Keçmiş dövlət başçısı hazırda çox faydalı rolda olduğunu hesab edir.
“Hazırkı mərhələdə partiya yaratmaq barədə düşünmürəm. Siyasi partiyanın lideri olsam, ölkənin səsi olmaq imkanım olmayacaq. Əgər zaman bunun zəruri olduğunu göstərsə, heç nəyi istisna etməyəcəyəm”, - o deyib.