13:24
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçenski Marneulidə yerləşən “Qırmızı Körpü” təşkilatının nümayəndələri ilə görüş keçirib.

Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Aİ nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, müxtəlifliyin və sosial inklüzivliyin təşviqi Aİ-nin Gürcüstanda fəaliyyəti üçün prioritet sahə olaraq qalır.

“Aİ müxtəlif etnik azlıqlar da daxil olmaqla Gürcüstan xalqının yanındadır və onların Avropa gələcəyi üçün seçimini dəstəkləyir”, - məlumatda deyilir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər