Böyük britaniyalı Formula-1 pilotu Lüis Hemilton yeni komandası "Ferrari"yə qoşulub.
Teleqraf.com xəbər verir ki, yeddiqat dünya çempionu İtaliya komandasına "Mersedes"dən ayrıldıqdan sonra keçib. "Ferrari" 40 yaşlı idmançını əfsanəvi F40 idman avtomobilinin önündə çəkilən şəkillə təqdim edib. Arxa fonda olan 7 pəncərə Hemiltonun qazandığı titul sayı, qapı isə gələcəkdə qazanacağı çempionluğa işarədir.
Hemiltonun yeni komandasında illik 100 milyon avroya qədər qazanacağı deyilir.
Qeyd edək ki, Lüis Hemilton 12 il "Mersedes"in üzvü olub. O, son F-1 mövsümünün ümumi cədvəlində 223 xalla 7-ci olub.