13:15
277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyu Brayza ABŞ və Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq sənədini Rusiya üçün siqnal hesab edir.

Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, o, bu fikri “Exo Kavkaza” radiosuna müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Nikol Paşinyanın baş nazirliyi dövründə Ermənistan Rusiyanın təsir dairəsindən çox uzaqlaşıb, Qərblə daha yaxşı münasibətlər qurmağa çalışır.

“İrəvan-Vaşinqton strateji tərəfdaşlığının bir hissəsi ABŞ-nin Ermənistanla sərhəd məsələsində əməkdaşlığı ilə bağlıdır. Bu, vacib məqamdır. Məlumdur ki, Ermənistan sərhədlərinin əksər hissəsi Rusiya sərhədçilərinin nəzarəti altındadır. Tərəfdaşlığın qurulması Ermənistan-Rusiya münasibətlərinin pisləşməsinə gətirib çıxaracaq. Bu, həm də Moskva üçün siqnaldır. Məqsəd Putinin aqressiv siyasətinin nəticə vermədiyini göstərmək, bu cür siyasətin davam edəcəyi halda böyük problemlərin yaranacağını göstərməkdir”.

Qeyd edək ki, yaxın vaxtlarda ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsinin komandası sərhəd təhlükəsizliyi potensialını inkişaf etdirmək məqsədilə erməni həmkarları ilə işləmək üçün Ermənistana səfər edəcək.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər