14:37
232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bolu vilayətinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Fahrettin Altun məlumat verib.

Prezident Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Kartalkaya xizək mərkəzindəki “Grand Kartal” otelində baş verən yanğında həyatını itirən vətəndaşların cənazə namazına qatılacaq.

Xatırladaq ki, dünən oteldə baş verən yanğında 76 nəfər həyatını itirib, 51 nəfər yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər