Futbol üzrə Özbəkistan yığma komandasının baş məşqçisi Sreçko Katanets sağlamlıq durumundaki problemlərə görə istefa verib.
Teleqraf.com xəbər verir ki, Özbəkistan Futbol Assosiasiyası sloveniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Sreçko Katanets 2021-ci ildən Özbəkistan millisinin baş məşqçisi idi. Asiya təmsilçisi onun rəhbərliyi altında keçirdiyi 20 oyunun 13-də qələbəyə sevinib.