Bu gün Akademik Milli Dram Teatrında Xalq artisti Nurəddin Mehdixanlı ilə Türkiyənin "DEVİN Media Akademi" film şirkəti arasında müqavilənin imzalanma mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, müqaviləyə əsasən, şirkət Xalq artistinin iştirakı ilə istehsal yönümlü layihələr ərsəyə gətirəcək.
Qeyd edilib ki, ilk layihə iyun ayında çəkilişləri başlayacaq "Dar küçələr" adlı serial olacaq.
Nurəddin Mehdixanlı qeyd edib ki, sözügedən müqavilə mədəniyyətlərimizin inkişafı naminə imzalanır.
"İmzaladığım müqavilə müddətsizdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qarşıda bizi maraqlı layihələr gözləyir. Bu vaxta qədər Azərbaycana gəlib, amma iş görmədən gedən türk şirkətləri çox olub. Amma "DEVİN Media" öz imkanları ilə bu işi görəcək. Əməkdaşlığımızın baş tutmasının əsas səbəbi də məhz budur".