14:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 2024-cü ildə bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarını ixrac etdiyi ölkələr bəlli olub.

Teleqraf.com Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il ümumi dəyəri 14,4 milyard dollardan yüksək olan 23 milyon tondan çox xam neft ixrac olunub.

İxrac əməliyyatının 6,7 milyard dolları İtaliya ilə reallaşdırılıb. İtaliyadan sonra Çexiya Azərbaycandan yüksək həcmdə neft alan ikinci ölkə olub. Çexiyaya neft ixracının dəyəri 1,08 milyard dollar təşkil edib. Beləliklə, Azərbaycan bu ölkəyə neft ixracından qazancını 58%-dən çox artırıb.

Neft ixracının 873,3 milyon dolları Xorvatiyaya, 729,7 milyon dolları Hindistana, 726,01 milyon dolları Almaniyaya , 713,2 milyon dolları İsrailə, 631,1 milyon dolları Portuqaliyaya, 437,801 milyon dolları Rumıniyaya reallaşdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər