Çin səfiri ABŞ prezidenti Donald Trampın yeni vergi tarifləri ilə bağlı təhdidlərinə cavab verib.
Teleqraf.com xəbər verir ki, Çin Xalq Respublikasının Vaşinqtondakı təmsilçisi Lü Penyuy bu ticarət müharibəsində qalibin olmayacağını deyib.
Səfir bildirib ki, ABŞ hökuməti bazar iqtisadiyyatı рrinsiplərinə və beynəlxalq ticarət qaydalarına hörmət etməli, eyni zamanda əməkdaşlıq üçün uyğun mühiti yaratmalıdır.