00:33
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çox sevinir və oyunçularımla fəxr edirəm ki, vacib 3 xalı qazandıq".

Teleqraf.com-un məlumatına görə, bunu Rumıniyanın FCSB komandasının baş məşqçisi Elias Xaralambus Bakıda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis bildirib ki, qələbədə bəxt amili də rol oynayıb: "Sözün əsl mənasında əziyyət çəkdik, əziyyətimizin qarşılığını gördük. Düşünürəm ki bəxt də önəmlidir. Bəxtimiz də gətirdi və 3 qolla qələbə qazana bildik. Qolların hər buri sərbəst vuruşlardan gəldi. Burada bəxt amili də rol oynadı. Biz vacib olan qələbəni qazandıq".

Xaralambus "Qarabağ"ın üstün cəhətlərini və öz komandasının itkilərini nəzərə aldıqlarını dilə gətirib: "Rəqibimiz hücuma meylli komandadır, topla davranışı da yaxşı idi. Biz bu amillərin hər burini nəzərə almışdıq. İtkilərimiz var idi. Dariuş Olaru kapitandır, əsas oyunçudur, amma bu gün yox idi. Mihay Toma yaxşı oyunçudur, amma bu gün xəstə idi. Olmamamsı qızdlrmalı olduğundandır. Lakin komandamız geniş heyətə malikdir. Ona görə də bu gün həll yolunu tapdıq. Əslində nəyə ümid edirdiksə, onu da gördük. Hər şeyi araşdırmışdıq və gözlədiklərimizə şahid olduq".

Baş məşqçi əziyyətlərinin bəhrəsini gördüklərini də dilə gətirib: "Əziyyət çəkdik və bəhrəsini gördük. “Qarabağ”ın Avropa Liqasında “Lion”, Premyer Liqada isə “Zirə” ilə oyununu görmüşük. Avropada çıxış etmək əziyyət çəkməkdir və biz bəhrəsini gördük. Bu gün bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm".

FCSB-nin baş məşqçisi son turda İngiltərə "Mançester Yunayted"inə qarşı da layiqincə mübarizə aparacaqlarını vurğulayıb: "Növbəti həftə “Mançester Yunayted”ə qarşı, bazar günü isə çempionat oyunumuz var. Əvvəlcə UTA ilə görüşü düşünəcəyik. Ötən mövsüm çempion olmuşuq, güclü komandayıq. Rumınıya çempionu olaraq bu cür güçlü komandaya qarşı layiqli çıxış etməyə çalışacağıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər