24 Yanvar 18:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya hakimiyyəti getdikcə Rusiya vətəndaşlarına sığınacaq verməkdən imtina etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiya İmmiqrasiya Xidməti məlumat yayıb.

Kanalın məlumatına görə, 2022-ci ilin fevralından bu xidmətə sığınacaq üçün ruslardan 1,4 minə yaxın müraciət daxil olub, lakin yalnız 400-ə yaxın müraciət təmin edilib. Digər 400 işdə ruslara rədd cavabı verilib və bu gün 600-ə yaxın Rusiya vətəndaşı hələ də Finlandiya hakimiyyətinin qərarını gözləyir.

Müraciətlərin əsas səbəbi Rusiya Federasiyası vətəndaşlarının hakimiyyəti tənqid etdiyinə görə təqib olunmalarıdır. Fin nəşri qeyd edir ki, Rusiyada qadağan olunmuş ekstremist təşkilatların üzvləri də sığınacaq istəyirlər.


Müəllif: Arzu

Oxşar xəbərlər