15:42
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp özünün Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkofu İranla diplomatik əlaqələr üzrə elçi təyin etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.

Portal yazır ki, Trampın İranla əlaqələr üzrə işləmək üçün xüsusi nümayəndə təyin etmək qərarı prezidentin bu ölkəyə hərbi təzyiq üsullarını nəzərdən keçirməzdən əvvəl Tehranla yeni nüvə sazişi bağlamaq istəyinə dəlalət edir.

Vitkof İsrail və Fələstinin HƏMAS Hərəkatı arasında atəşkəs və girov mübadiləsində vasitəçi rolunu oynayıb.

“Axios” görə, İran və “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında yanvarın 13-də Cenevrədə keçirilən danışıqların üçüncü raundunda İran nüvə sazişi üzrə danışıqları bərpa etməyə hazır olduğunu bildirib, amma yeni müqavilə yox, 2015-ci il sazişinin şərtləri əsasında.

ABŞ mətbuatı bundan öncə Trampın İranla danışıqlara getmədən birbaşa hərbi və iqtisadi təzyiq üsullarına əl atacağını yazmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər