Danimarka gələcəkdə Arktikada təhlükəsizlik və Qrenlandiyanın statusu məsələsini ABŞ- la müzakirə etməyə razıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen ilə ABŞ-ın yeni dövlət katibi Mark Rubio arasında söhbətindən sonra verilən bəyanatda deyilir.
"Arktika təhlükəsizliyi mövzusu gündəmdə deyildi, lakin ABŞ, Danimarka və Qrenlandiya arasında bunun daha sonra müzakirə edilməsinə dair razılıq əldə edildi" -departamentin bəyanatında deyilir.
Danimarka Xarici İşlər Nazirliyi bildirib ki, iki nazir arasında Ukrayna , Avropa təhlükəsizliyi və Yaxın Şərqdəki vəziyyətə barədə də müzakirələr aparılıb.