12:20
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzaya uğramış AZAL-a məxsus təyyarənin qara qutuları ilə bağlı gizlədəcək heç nəyimiz yoxdur.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev səsləndirib.

Onun sözlərinə görə, hazırda qara qutunun audio yazılarından əldə olunan məlumatların təhlili gedir.

“İstintaq davam edir. Təsdiq edilmiş mütəxəssislər qrupu formalaşdırılıb ki, bu qrupa bizim mütəxəssislərlə yanaşı, Rusiya, Azərbaycan, Braziliyadan olan nümayəndələr də daxildir və bu yaxınlarda Hollandiyadan ekspert də qoşulub. Onlar hazırda qara qutunun audio yazılarından məlumatları təhlil etməklə məşğuldurlar. Bu, zəhmətli işdir, qeydə alınan səslərin ekipaj üzvlərinə və ya başqa insanlara məxsus olub-olmadığını yoxlayır, hər saniyəni ətraflı təhlil edir və kimin hansı əmri verdiyini öyrənirlər. İşlərin bu hissəsinin gələn həftə yekunlaşdırılması nəzərdə tutulur. İstintaqın ilkin nəticələrinin bir ay ərzində təqdim edilməsi planlaşdırılır. Artıq tövsiyələr hazırlanıb", - Bozumbayev qeyd edib.

Baş nazirin müavini daha əvvəl internetdə dərc olunan stenoqramların AZAL-ın “qara qutuları”nın materiallarından fərqləndiyini və onların arasında böyük fərq olduğunu vurğulayıb.

Xatırladaq ki, qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələrinin gələn həftə açıqlanacağı bildirilib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər