Türkiyə və Suriya ticarət əməkdaşlığı və gömrük əməliyyatlarını müzakirə edərək, azad ticarət müqaviləsinin yenilənməsi imkanlarını araşdırmaq barədə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.
“Tərəflər iqtisadi əlaqələrə daha əhatəli yanaşmanın inkişaf etdirilməsi məqsədilə 2011-ci ildə müddəti başa çatmış azad ticarət sazişinin bərpası üçün danışıqlara başlamaq barədə razılığa gəliblər.
Gömrük rüsumları sisteminin auditinin aparılması barədə də qərar qəbul edilib. Bütün sərhəd məntəqələrində hər iki tərəfdən eyni məbləğdə tətbiq olunacaq bəzi mallar üçün gömrük rüsumlarına yenidən baxılması qərara alınıb”, - qurumdan bildirilib.