24 Yanvar 20:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində daha 4 girovu İsrailə qaytaracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadası bəyanat yayıb.

“Mübadilə razılaşmasının bir hissəsi olaraq biz Karina Ariyev, Daniela Gilboa, Naama Levi və Liri Albaqı yanvarın 25-də azad etmək qərarına gəldik”, - HƏMAS-ın bəyanatında deyilir.


Müəllif: Arzu

Oxşar xəbərlər