Rusiya Yaxın Şərqdə son dərəcə nüfuzlu oyunçu olaraq qalır, Moskva bu regionda mövqeyini itirməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
“Xeyr, qətiyyən yox. Rusiya Yaxın Şərqdə təsiredici oyunçudur, ərəb dünyası və Türkiyə də bunu anlayır. Ona görə də Rusiyanın Yaxın Şərqdəki mövqeyini itirməsi kimi bir məsələ yoxdur”, - Narışkin TASS-ın müvafiq sualına cavabında deyib.
Xatırladaq ki, bundan əvvəl xarici işlər naziri Sergey Lavrov Rusiyanın Yaxın Şərqi tərk etmədiyini vurğulamışdı.