16:09
269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun "Şamaxı" - "Zirə" oyunundan sonra insident baş verib.

Teleqraf.com xəbər verir ki, qarşılaşmanın final fiti səslənən kimi qonaq komandanın qapıçısı Aydın Bayramovla müdafiəçi Ruan Renato arasında münaqişə yaşanıb. Konfliktin nədən yarandığı bəlli deyil.

Baş hakim İnqilab Məmmədov hər iki oyunçunu yanına çağıraraq, onları barışdırıb. Baş məşqçi Rəşad Sadıqov və "Zirə"nin digər futbolçuları da hadisə yerinə gələrək, münaqişənin davaya çevrilməsinə imkan verməyiblər.

Qeyd edək ki, görüş "Zirə"nin qələbəsi ilə yekunlaşıb - 2:1.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər