Çilidə 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Təşkilatın məlumatına görə, zəlzələnin episentri Perunun 280 min insanın yaşadığı Tacna şəhərindən 107 kilometr şərqdə yerləşib.
Yerli sakinlər arasında tələfat və dağıntılar barədə məlumat verilməyib.