24 Yanvar 22:19
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin xarici işlər naziri Vanq Yi ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Vanq Yi Rubio ilə söhbətində bildirib ki, Pekin Tayvanın ayrılmasına heç vaxt icazə verməyəcək.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio Çin, İran, Kuba və Venesuela məsələlərində güclü mövqeyi ilə tanınır. O, Arktika regionunda ABŞ-ın mövqeyini gücləndirməyi və Panama kanalını Çin təsirindən qorumağı müdafiə edir. NATO- ya dəstəyini ifadə edir və Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün kompromislərin vacibliyindən danışır .


Müəllif: Arzu

Oxşar xəbərlər