11:18
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran ABŞ-nin İrana qarşı müharibə başlatması halında, Ermənistan istiqamətində gələ biləcək mümkün təhlükələrdən qorunmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu fikri erməni politoloq Karen İgityan səsləndirib.

Onun sözlərinə görə, İran Cənubi Qafqaz və Yaxın Şərq regionlarında baş verən dəyişiklikləri yaxşı anlayır və bunların ona zərər verməməsi üçün əlindən gələni etməyə çalışır: “Tehran Qərbin, xüsusilə ABŞ-nin böyük bir müharibə başlatma təhlükəsini ciddi şəkildə görür”.

İgityan əlavə edib ki, İran Ermənistandan müəyyən təhlükələr hiss edir: “Tehran İrəvanın Qərbin əlinə keçərək, İrana qarşı aparılan siyasət və hərəkətlərdə alətə çevrilə biləcəyindən narahatdır”.

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın İrana səfərinə diqqət çəkən erməni analitik qeyd edib:

“Düşünürəm ki, Kostanyan Tehrana Ermənistanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq haqqında saziş barədə məlumat verməyə getmişdi. Çox güman ki, Tehranda bu razılaşmanın heç bir şəkildə İranın maraqlarına qarşı olmadığı vurğulanıb. Görüşlərin nəticələri ilə bağlı rəsmi bəyanatlarda tərəflər bir-birlərinin xarici siyasət prioritetlərini hörmətlə qarşıladıqlarını qeyd ediblər. Ermənistan hakimiyyəti İranı inandırmağa çalışıb ki, onun Qərbə meyli İrana heç bir təhlükə yaratmır”.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər