12:46
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhər İcra Hakimiyyətində Gənclər üzrə İş şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışmış və 2016-cı ildən işdən çıxarılmış 1990-cı il təvəllüdlü Müslüm Hüseynov (ad-soyad şərtidir) həbs edilib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, o, Suraxanı rayon Məhkəməsinin hökmü ilə həbs edilib. M.Hüseynov Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalındaca qandallanıb.

Araşdırmalarla müəyyən edilib ki, Müslüm 2016-cı ildə icra hakimiyyətindəki vəzifəsindən kənarlaşdırıldıqdan sonra şirkətlərdə çalışıb. O, daha sonra Sumqayıt şəhər sakini olan şəxsi aldadaraq həmin şəxsə sosial mənzil almasını təşkil edəcəyi vədi ilə 8600 manat pula lıb. Müslüm pulları internet oyunlarında xərcləyərək sərf edib.

H.İsmayılovun şikayətindən sonra Müslüm Hüseynova cinayət işi açılıb.


Müəllif: Taleh

Oxşar xəbərlər