Səudiyyə Ərəbistanının "Əl Hilal" klubunun futbolçusu Neymar Braziliya "Santos"una qayıtmağa yaxındır.
Teleqraf.com "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, iki ölkənin klubları arasında danışıqlar faktiki yekulaşıb. Tərəflər müqavilənin tezliklə bağlanılacağına müsbət yöndə kökləniblər.
Xatırladaq ki, ilk dəfə Neymar "Santos"da 2013-cü ilədək çıxış edib və sonradan İspaniya "Barselona"sına keçib. Bu mövsüm "sambaçı" "Əl Hilal"ın heyətindəki bütün turnirlərdə 2 oyuna çıxsa da, məhsuldarlığı ilə fərqlənə bilməyib. Transfermarkt ona cəmi 15 milyon avro qiymət qoyub.