00:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasının rəsmi saytında təqdim olunan qrafiklər göstərir.

Yanvarın 25-də saat 0:00-dan 3:00-dək (Bakı vaxtı ilə 1:00-dan 4:00-dək) maqnitosfer qırmızı zonaya qalxacaq, lakin G1 səviyyəsinə çatmayacaq (zəif qasırğa).

Yanvarın 25-də saat 3:00-dan 6:00-dək (Bakı vaxtı ilə 4:00-dan 7:00-a qədər) maqnitosfer sakit vəziyyətdə olacaq, lakin saat 6:00-dan (Bakı vaxtı ilə 7:00-dan) etibarən göstəricilər, demək olar ki, G2 səviyyəsinə (orta qasırğa) qalxmağa başlayacaq. Saat 9:00-dan (Bakı vaxtı ilə 10-dan) etibarən dalğalanma səngiməyə başlayacaq, 12:00-da isə sarı zonada olacaq. Maqnit qasırğasının təxminən altı saat sonra, saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) sona çatacağı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər