11:19
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” UEFA Avropa Liqasının VII turundakı 2:3 hesablı məğlubiyyətlə əlaqədar Rumıniyanın FCSB klubuna 2 milyon avro qazandıracaq.

Teleqraf.com xəbər verir ki, qələbə sayəsində 8-ci yerə yüksələn FCSB UEFA-dan məhz bu qədər məbləği qazanmağa çox yaxındır. Qələbə üçün 450 min avro qazanan rumıniyalılar “səkkizliy”i əldən verməyəcəyi halda 600 min avro və pley-off-a vəsiqə qazandığı üçün 1 milyon avro əlavə bonus qazanacaq.

FCSB-nin prezidenti Cici Bekali “Qarabağ”a qalib gəldikləri üçün arzusuna çatdığını və son turda İngiltərənin “Mançester Yunayted” klubundan 1 xal alaraq, 2 milyon avroya nail olacağını açıqlayıb.

Qeyd edək ki, FCSB “Qarabağ”a qalib gələrək 14 xalla VIII pilləyə yüksəlib. Rumıniya təmsilçisi qitə turnirində indiyədək təxminən 8,3 milyon avro qazanıb.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər