Hazırda İranın prioriteti Qərblə qlobal məsələlərdir.
Teleqraf.com xəbər verir ki, bunu İran parlamentinin erməni əsilli keçmiş deputatı Robert Beqlaryan deyib.
Onun iddiasına görə, İran və Ermənistanla bağlı durum elə dəyişib ki, Tehran İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamasını istəyir, dəhlizlə bağlı yanaşmasını dəyişdirir:
“Tehran Ermənistan-İran sərhədini “qırmızı xətt”i elan etsə də, ola bilsin, İran sülh prosesində irəliləyiş istəyir. Həmçinin hazırkı siyasi vəziyyət o qədər qeyri-sabitdir və dəyişikliklər o qədər sürətlidir ki, İranın bütün ssenariləri, hətta Zəngəzur dəhlizinin açılmasını da nəzərdən keçirməyə çalışacağını düşünmək məntiqlidir”.
Beqlaryan İran ətrafında müharibə təhlükəsinin çox ciddi olduğunu qeyd edib. Onun sözlərinə görə, İran bir yolunu tapıb bu təhlükələrdən sığortalanmağa çalışır.
Beqlaryan Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamasının İranı narahat etdiyini vurğulayıb.