“Vaqif Nəsibin yataq xəstəsi olduğunu bilmirdim. Allah şəfa versin”.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib.
"Şair, nasir, ssenarist, tərcüməçi Vaqif Nəsib 1973-cü ildən AYB üzvüdür. Onun vəziyyətinin yaxşılaşdırılması istiqamətində maddi-mənəvi baxımından hansısa addım atıla bilərmi” sualına Birlik sədri belə cavab verib:
“Bununla bağlı mənə müraciət etməyiblər. Etsələr, edərəm. Amma ümumilikdə Yazıçılar Birliyi ictimai təşkilatdır, bizim böyük mənada maddi yardım etməyə imkanımız yoxdur. Amma məhdud çərçivədə ola bilər”.
Qeyd edək ki, Vaqif Nəsib üç aya yaxındır ki, yataq xəstəsidir.