Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu-Mərzuk ilə Qəzza zolağında saxlanılan rusiyalı Aleksandr Trufanov və donbaslı Maksim Xarkinin taleyini müzakirə edib .
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya diplomatik departamentinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya tərəfi Qəzza zolağında saxlanılan Rusiya vətəndaşı A.Trufanovun və Donbaslı M.Xarkinin birinci növbədə azadlığa buraxılmasında maraqlı olduğunu bir daha təsdiqləyib”, - məlumatda bildirilir.
Rusiya Xarici İşlər Nazirliyi də Qəzza zolağında atəşkəs razılaşmasının ciddi şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.