Suriyanın yeni hakimiyyəti Tartus dəniz limanının idarə edilməsi ilə bağlı sərmayə sazişini təktərəfli şəkildə ləğv edib və qəbul edilmiş qərar barədə Rusiya tərəfini məlumatlandırmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Suriya Tartus limanının dövlət idarəçiliyinə keçməsi barədə Rusiya şirkətini məlumatlandırmayıb. Müqavilənin ləğv edilməsi qərarı təktərəfli qəbul edilib. Bəşar Əsəd rejiminin devrilməsindən sonra müqavilə tərəfləri bir-birləri ilə təmasda olmayıblar”, - məlumatda deyilir.
Xatırladaq ki, Dəməşq yanvarın 22-də Rusiyanın “Stroytransqaz” şirkəti ilə Tartus limanının idarə edilməsinə dair 2019-cu ildə bağlanmış müqaviləni ləğv edib. Müqavilə 49 il müddətinə nəzərdə tutulmuşdu.