Estoniya Pravoslav Kilsəsi "xristiyan" sözünü əlavə etməklə, adını dəyişməyə qərar verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
“Biz yeni adın - Estoniya Xristian Pravoslav Kilsəsinin qeydiyyata alınması üçün müraciət etmişik. Bu addım kilsənin adının daha aydın başa düşülməsinə səbəb olacaq”, - agentliyə danışan din xadimi bildirib.