Portuqaliyalı millət vəkili Migel Arruda hava limanlarında çamadanların ardıcıl oğurlanmasında ittiham olunduqdan sonra partiyadan istefa verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "SIC Noticias" telekanalı məlumat yayıb.
"Təqsirsiz olduğumu sübut etmək üçün mən heç bir partiyaya mənsub olmamalıyam" - deputat deyib.
İstintaqın məlumatına görə, deputat Lissabon hava limanında, eləcə də Azor adalarının hava limanında çamadanlar oğurlayıb. Çantaların həm onun evində, həm də parlamentdəki ofisində tapıldığı bildirilib.
Cinayətlərdən birinin kameraya düşdüyü iddia edilib. Görüntülərdə Arruda baqaj kəmərindən özünün və başqasının çamadanlarını götürür, sonra isə tualetə gedir.